Skip to content
| Marketplace
Sign in
Visual Studio Code>Other>Work PulseNew to Visual Studio Code? Get it now.
Work Pulse

Work Pulse

habibmustafa

|
6 installs
| (0) | Free
Track your work inside VS Code: active tasks, monthly results, and team stats from Jira in one dashboard.
Installation
Launch VS Code Quick Open (Ctrl+P), paste the following command, and press enter.
Copied to clipboard
More Info

Work Pulse

Work Pulse — VS Code daxilində Jira task-larınızı izləmək üçün dashboard uzantısıdır. Məqsəd: brauzerə keçmədən aktiv işləri görmək, bu ay tamamlananları toplamaq və komanda statistikalarını bir ekranda izləmək.

Tasklarım

Bir tabda iki bölmə — "Aktiv tasklar" və "Aylıq bitirdiyim tasklar" — üstdəki pill keçidlə (eyni anda yalnız biri görünür). "Aylıq bitirdiyim tasklar" ilk klikdə lazy yüklənir.

  • Aktiv task-ları göstərir (JQL ilə filtr edilə bilər)
  • Estimate cəmini və task sayını hesablayır
  • Diqqət tələb edən task-ları önə çəkir (estimate yoxdur / due date yoxdur / due date keçib)
  • Task mövzusu üzərinə gələndə Jira-dakı kimi formatlanmış təsviri (description) göstərir
  • Cədvəl üzərində birbaşa redaktə:
    • Estimate xanasına klikləyib rəqəm yazmaq (məs. 2, 5.5)
    • Due date xanasına klikləyib təqvimdən (və ya DD-MM-YYYY yazaraq) tarix seçmək
    • Status badge-ə klikləyəndə açılan siyahıdan yeni statusu seçmək
  • Dəyişiklik edən kimi birbaşa Jira-ya yazılır, ayrıca saxlamaq lazım deyil
  • "Aylıq bitirdiyim tasklar" bölməsi: cari ay ərzində tamamlanmış task-ları (JQL ilə filtr edilə bilər) və toplam estimate-i göstərir

Komanda statistikası

Komanda üzvlərinin bu ay tamamladığı task sayını, toplam saatı və aylıq hədəfə nisbətdə effektivliyini cədvəldə göstərir. Öz sətriniz nazik aksent-rəngli sol xətlə vurğulanır ki, özünüzü tez tapa biləsiniz.

Frontend

Müəyyən komanda üzvlərinin kartlarını bir ekranda göstərir: profil şəkli, aktiv task sayı, cəmi estimate, status bölgüsü (neçə task "To Do", neçəsi "In Progress" və s.) və aid olduğu layihələr. Hər kartda son tasklara birbaşa keçid var. Bu tab yalnız Frontend komanda siyahısında olan istifadəçilərə görünür.

JQL sahələri

Filtr yazarkən (Tasklarım/Aylıq) sahə adı, operator, dəyər və funksiyalar üçün avtomatik təkliflər çıxır (↑/↓ ilə seçim, Enter/Tab ilə təsdiq). Sahənin sonundakı ✕ düyməsi filtri default sorğuya qaytarır.

Versiya bildirişi

Yeni versiya elan olunanda bütün açıq VS Code-larda — restart gözləmədən — "Yenilə" düyməli modal göstərilir.

İstifadə qaydası

  1. VS Code → Command Palette açın (Ctrl+Shift+P)
  2. Work Pulse: Open Dashboard işə salın (və ya status bar-dakı $(pulse) Work Pulse düyməsinə klikləyin)
  3. İlk dəfə açanda Jira token daxil edin
  4. Dashboard-da lazım olsa JQL-ləri dəyişin və Yenilə edin (və ya Enter basın)
  5. Status dəyişmək üçün: status badge-ə klikləyin → siyahıdan seçin
  6. Estimate/Due date dəyişmək üçün: xanaya klikləyin, dəyəri daxil edin, kənara klikləyin

Token sıfırlamaq: Command Palette → Work Pulse: Reset Token

Lazım olanlar

  • Jira hesabınıza giriş (API çağırışları üçün icazə)
  • Jira token (Bearer token kimi istifadə olunur)
  • Jira instansiyasına şəbəkə çıxışı (VPN və s. tələb oluna bilər)

Təhlükəsizlik

  • Jira token lokal olaraq VS Code SecretStorage-da saxlanılır (heç yerə paylaşılmır)
  • Telemetriya/analitika toplamır
  • Jira-dan gələn bütün mətn təhlükəsiz şəkildə göstərilir

Sıx rast gəlinən problemlər

  • Tasklar oxunarkən: Jira API xətası (401/403) → token yanlışdır və ya icazə yoxdur
  • Jira API xətası (400) → JQL sintaksisini yoxlayın
  • Heç nə gəlmir → filter/JQL, currentUser() konteksti və ya Jira layihə icazələrini yoxlayın
  • Ətraflı diaqnostika: Output paneli → Work Pulse kanalı
  • Contact us
  • Jobs
  • Privacy
  • Manage cookies
  • Terms of use
  • Trademarks
  • Your Privacy Choices
  • Consumer Health Privacy
© 2026 Microsoft