Kart və port seçimi (status panelində), mikrokontroller C++ kodunu göstərmə
Kod şablonları: əgər, funksiya, dövr, hər, sinif, mikrokontroller, veb, html
Run menyusu da işləyir: Start Debugging və Run Without Debugging (Ctrl+F5) aktiv .sea faylını işlədir,
çıxış Debug Console-da görünür. daxil_et soruşanda cavabı Debug Console-a yazıb Enter basın.
launch.json lazım deyil (istəsəniz "Sea: faylı işlət" şablonu var). Kəsmə nöqtələri hələ dəstəklənmir.
Windows-da sea.exe genişlənmənin içində gəlir — ayrıca quraşdırmaq lazım deyil:
F5 və VS Code-un öz terminalında sea fayl.sea dərhal işləyir (açıq terminal varsa, onu bağlayıb yenisini açın).
CMD və PowerShell pəncərələrində də işləməsi üçün: Ctrl+Shift+P → Sea: "sea" əmrini bütün terminallara əlavə et
(ilk açılışda bunu özü də təklif edir). Sonra terminalı yenidən açın.
Başqa sea.exe işlətmək istəsəniz, parametrlərdə sea.yol göstərin. macOS/Linux-da sea əmri PATH-də olmalıdır.